UDA Cloud · Məsləhətlər
Telefon itəndə və ya xarab olanda şəkilləri necə qorumaq
Telefon itəndə, oğurlananda, suya düşəndə və ya sınanda ən çox təəssüf etdiyimiz şey şəkillər və videolardır. Onları qaytarmaq üçün ehtiyat nüsxə əvvəlcədən olmalıdır.
Niyə ehtiyat nüsxə lazımdır
- Şəkillər yalnız telefonun yaddaşındadırsa, telefonla birlikdə gedir.
- Sınmış telefondan faylları çıxarmaq çox vaxt baha başa gəlir və həmişə alınmır.
- Yaddaş kartı da xarab ola bilər, üstəlik müasir telefonların çoxunda kamera şəkilləri daxili yaddaşa yazılır.
Ehtiyat nüsxəni necə qurmaq
Ən etibarlı yol: şəkillər bir neçə yerdə olsun. Məsələn, telefonda, buludda və kompüterdə.
- Bulud. UDA Cloud tətbiqini quraşdırın, hesab açın və qovluqları seçin: «Camera», «WhatsApp», «Telegram» və s. Bundan sonra yeni şəkil və videolar özü buluda yüklənir. Hər hesaba 10 GB pulsuzdur, daha çox yer üçün saytda tariflər var.
- Kompüter. Windows üçün UDA Cloud proqramı buluddakı faylları kompüterdəki qovluğa endirir. Beləliklə şəkillərin bir nüsxəsi də kompüterdə olur.
- Yoxlayın. Arada bir saytda qalereyaya baxın: son şəkillərin orada olduğundan əmin olun.
Telefon itdisə: şəkilləri yeni telefona necə qaytarmaq
- Yeni telefonda UDA Cloud tətbiqini quraşdırın və eyni hesabla daxil olun.
- Buluddakı bütün şəkil və videolar tətbiqin qalereyasında görünəcək. Lazım olanları seçib telefona yükləyin.
- Kompüterdən də istənilən faylı saytdan yükləmək olar.
Hesab telefonun özünə deyil, giriş məlumatlarınıza (e-poçt və ya nömrə və şifrə, yaxud Google hesabı) bağlıdır, ona görə yeni telefonda da eyni hesaba daxil olmaq olur. Şifrəni yadda saxlayın.
Bilmək vacibdir
- Şəkillər yalnız buluda yüklənəndən sonra qorunur. Telefon internetə qoşulmayıbsa, son çəkilən şəkillər hələ buludda olmaya bilər.
- Buludda ikinci müstəqil nüsxə yoxdur. Ən vacib şəkilləri kompüterdə də saxlayın.
- Fayllar şifrələnmiş kanalla ötürülür, amma uçdan-uca şifrələmə yoxdur. Ətraflı: Şərtlər və məlumatlar.
UDA Cloud-da pulsuz hesab açın
Digər məsləhətlər: Telefonun yaddaşı doldu: nə etməli · Şəkilləri telefondan kompüterə köçürmək